Gündəm Özəl

"Dərsliklərin planşetlərə yüklənməsi nəzərdə tutulub" — AÇIQLAMA

Dərsliklərin planşetlərə yüklənməsi nəzərdə tutulub — AÇIQLAMA

"Hər tədris ili başlayanda məktəbli çantasının ağırlığı yenidən gündəmə gəlir. Normalda çanta şagirdin çəkisinin 15%-dən artıq olmamalıdır. Lakin çoxsaylı dərsliklər, əlavə dəftərlər və müəllimlərin tövsiyə etdiyi iş dəftərləri bu normanı aşır və uşaqlarda onurğa problemlərinə səbəb olur".

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Onun sözlərinə görə, təhsil strategiyasında bütün dərsliklərin planşetlərə yüklənməsi nəzərdə tutulsa da, bu hələ reallaşmayıb:

"Halbuki planşetlərin verilməsi həm uşaqların sağlamlığını qoruyar, həm də dövlət büdcəsinə qənaət edərdi. Bir şagirdin 11 il ərzində 150-yə yaxın kitab alması təxminən 1000–1200 manata başa gəlir, planşet isə daha ucuz olar".

Ekspert bildirib ki, hazırda çıxış yolu kimi iki addım göstərilir:

"Dərsliklərin yarımilliklər üzrə ayrı çap olunması və əlavə iş dəftərlərinin istifadəsinə yol verilməməsi. Ən effektiv həll isə dərsliklərin planşetlərlə əvəz edilməsidir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova