Azərbaycan əsilli reper Nəvai Bəkirov, səhnə adı ilə Navai Qazaxıstana daxil olarkən saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Baza" xəbər portalı məlumat yayıb.
Məlumata görə, sənətçinin avtomobili "Korday" sərhəd-keçid məntəqəsində yoxlanılıb. Xidməti itin köməyi ilə avtomobildə 2,5 qram marixuana aşkar edildiyi bildirilir.
Hadisə ilə bağlı qadağan olunmuş maddələrin qaçaqmalçılığı şübhəsi ilə cinayət işi açılıb. Reperlə yanaşı, avtomobildə olan daha iki nəfər də saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanları aşkar edilən maddələrin kimə məxsus olduğunu araşdırır.


