Mədəniyyət

Zaur Rzayev yenidən reanimasiyaya yerləşdirildi

Zaur Rzayev yenidən reanimasiyaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev yenidən reanimasiyaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, 1952-ci il təvəllüdlü Zaur Rzayev oktyabrın 14-də saat 21:30-da Mərkəzi Neftçilər Xəstəxanasının qəbul şöbəsinə hospitalizasiya edilib:

"Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib. Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

Xatırladaq ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib.