Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" UEFA Çempionlar Liqasının ikinci turunda İngiltərədə AEK-i 3:1 hesabı ilə məğlub edib. Bu nəticə həm türkiyəli mütəxəssis, həm də Ukrayna klubu üçün əlamətdar olub.
Demokrat.az xəbər verir ki, bu qələbə Arda Turanın məşqçi kimi Çempionlar Liqasında qazandığı ilk uğur kimi tarixə düşüb.
Bununla yanaşı, "Şaxtyor Donetsk" İngiltərə ərazisində avrokubok matçında qələbə qazanan ilk Ukrayna komandası olub. Ukrayna təmsilçisi bundan əvvəl İngiltərədə keçirdiyi 35 avrokubok qarşılaşmasının 28-də məğlub olub, 7-də isə heç-heçə edib.
Qeyd edək ki, "Şaxtyor Donetsk" turnirin ilk turunda Niderlandda PSV ilə 1:1 hesablı heç-heçə edib. Ukrayna klubu növbəti görüşünü oktyabrın 21-də İtaliyanın "İnter" komandasına qarşı səfərdə keçirəcək.


