Sammitin qərarlarını dəstəkləyir və tam hüquqlu təşkilata çevrilməsinin tərəfdarıyıq. Bu Azərbaycanın sədrliyi sayəsində mümkün olub və növbəti iki il davam edəcək. Azərbaycan bu istiqamətdə liderliyi öz öhdəliyinə götürüb.
Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
İqor Sergeyenko qeyd edib ki, gərginliyin bənzərsiz artımı fonunda sülh və etibarın gücləndirilməsinə yönəlmiş səylər çox yüksək qiymətləndirilir: "Təəssüflər olsun, biz elə bir dövrdə yaşayırıq ki, dövlətlər və xalqlar arasında etibar səviyyəsi azalıb. Münaqişələr artır, dünya zorakılıq və müharibələrlə üzləşib. Beynəlxalq hüquqa və BMT-nin əsasnaməsinə sadiqlik bizi birləşdirir. Çoxqütblü dünyaya keçidin alternativi yoxdur".


