Şou-biznes Özəl

Qış fəslindən ən çox təsirlənən 4 bürc: Soyuq hava onların əhvalına təsir edir

Qış fəslindən ən çox təsirlənən 4 bürc: Soyuq hava onların əhvalına təsir edir

Soyuq gecələr, günəş işığının azalması və evdə keçirilən uzun saatlar qış fəslini bəzi insanlar üçün çətinləşdirə bilər. Astrologiyaya görə, elə bürclər var ki, qışın gəlişindən digərlərinə nisbətən daha çox təsirlənirlər. Bəs həmin bürclər hansılardır?

Qoç – Evə qapanmaqdan sıxılır

Daim hərəkətdə olmağı sevən Qoç bürcü qış aylarında evdə qalmaq məcburiyyətində olduqda sıxıla bilər. Yeni yerlər kəşf etməyi, fürsətləri dəyərləndirməyi və aktiv həyat tərzini sevən Qoç üçün soyuq hava açıq havada keçirilən vaxtın azalması deməkdir. Bu vəziyyət onda darıxma və tənhalıq hissi yarada bilər.

Xərçəng – Qışın tutqun ab-havasından təsirlənir

Həssaslığı və başqalarının duyğularını anlamaq bacarığı ilə seçilən Xərçəng bürcü qışın tutqun atmosferini daha dərindən hiss edə bilər. Yaxınlarının əhvalını yaxşılaşdırmağa çalışsa da, özü də bəzən mənfi emosiyaların təsirinə düşür. Buna görə də baharın gəlişini, isti havaları və təbiətin canlanmasını səbirsizliklə gözləyir.

Şir – Sosial həyatın zəifləməsindən narahat olur

Diqqət mərkəzində olmağı və dostları ilə vaxt keçirməyi sevən Şir bürcü üçün qış ayları müəyyən çətinliklər yarada bilər. O, canlı mühitlərdə olmağı, ünsiyyət qurmağı və ətrafındakı insanlarla birlikdə vaxt keçirməyi xoşlayır. Qışda sosial fəaliyyətlərin azalması isə onun darıxmasına səbəb ola bilər.

Oğlaq – İstirahət əvəzinə işləməyi seçir

Məsuliyyətli və çalışqan olması ilə tanınan Oğlaq bürcü qış aylarında belə işlərindən uzaqlaşmaqda çətinlik çəkə bilər. Bir çox insan soyuq havalarda evdə dincəlməyə üstünlük versə də, Oğlaq vaxtını iş və məişət qayğılarına sərf etməyə meyilli ola bilər. Nəticədə həddindən artıq yorğunluq və stress yaşaya, istirahətə daha çox ehtiyac duya bilər.

NE
Nihadə Eyyubova