Maliyyə

Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək

Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək

2027-2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,2 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.

Bu Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 24,1 % təşkil edəcək.

NE
Nihadə Eyyubova