Türkiyənin maraqla gözlənilən layihələrindən biri olan "Eşref Tek" serialının yayıma hazırlıq prosesi ilə bağlı yeni məlumatlar yayılıb. Layihənin yayımlanacağı platforma bəlli olsa da, dəqiq təqdimat tarixi hələ açıqlanmayıb.
Demokrat.az xəbər verir ki, baş rolda Çağatay Ulusoyun yer alacağı "Eşref Tek" serialının Prime Video platformasında yayımlanması planlaşdırılır. Çəkilişlərin 1 noyabr 2026-cı ildə başlanacağı gözlənilir.
Serialın mövzusu nədir?
"Eşref Tek" "Eşref Rüya" serialının birbaşa üçüncü mövsümü olmayacaq. Yeni layihədə Eşref obrazının keçmişinə, gənclik illərinə və cinayət dünyasında yüksəlişinə diqqət yetiriləcək.
Məlumata əsasən, serialın ilk mövsümünün 8 seriyadan ibarət olacağı gözlənilir.
Yayım tarixi nə vaxt açıqlanacaq?
Serialın Prime Video platformasında yayımlanması nəzərdə tutulsa da, tamaşaçılarla hansı tarixdə görüşəcəyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Beləliklə, "Eşref Tek" serialının dəqiq yayım tarixi hələlik qeyri-müəyyən olaraq qalır.


