Dünya

Navai ilə bağlı Qazaxıstana nota göndərildi

Navai ilə bağlı Qazaxıstana nota göndərildi

Rusiyanın Almatıdakı Baş Konsulluğu "Navai" ləqəbli azərbaycanlı reperin (Nəvai Bəkirov) saxlanılması ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəliyinə nota göndərib.

Demokrat.az xəbər verir ki, diplomatik nümayəndəlik sənətçinin saxlanılması ilə bağlı vəziyyəti izlədiyini bildirib. Konsulluğun məlumatına görə, reper və onun nümayəndələri hələlik konsulluq yardımına müraciət etməyiblər.

Qeyd edək ki, oktyabrın 14-də Nəvai Qazaxıstana giriş zamanı saxlanılıb. Məlumata görə, onun avtomobilində narkotik vasitələr aşkarlanıb. Reper iki aylıq həbs edilib. O, dindirmə zamanı narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.

Bildirilib ki, sənətçi narkotik təsiri altında avtomobil idarə etməkdə də şübhəli bilinir. Lakin reper ittihamı qəbul etmir.

NE
Nihadə Eyyubova