Şou-biznes

Ayseldən keçmiş ərinin həbsi ilə bağlı açıqlama

Ayseldən keçmiş ərinin həbsi ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib.

Demokrat.az xəbər verir ki, bloger məsələ ilə bağlı sosial şəbəkədə bunları yazıb:

"Bəli, yayılan məlumat doğrudur. Çoxunuz yazıb soruşursunuz, ona görə mən də öz dilimdən hər şeyi aydın şəkildə danışmaq istəyirəm.

Yadınızdadırsa, təxminən bir il əvvəl haqqımda yalan danışdığına, mənə böhtan atdığına görə məhkəməyə müraciət etmişdim. Məhkəmədə isə çıxış edib demişdi ki, guya belə canlı yayımlar etməyib, heç nə deməyib, sadəcə başqası haqqında danışıb. Sağ olsun izləyicilərim, həmin canlı yayımların ekran görüntülərini və videolarını saxlayıb mənə göndərdilər. Biz də həmin sübutları yenidən məhkəməyə təqdim etdik. Nəticədə, aprel ayında həmin iş üzrə məhkəmədə uduzdu və cinayət əməli törətməkdə təqsirli bilindi. Mən isə bu barədə saytlar paylaşsa belə, indiyə qədər heç bir paylaşım etməmişdim.

Bu gün isə söhbət başqa bir məhkəmə işindən gedir. Ödənilməyən aliment borclarına görə barəsində qərar verilib və 10 sutkalıq həbs olunub.

Yəni iki ayrı məsələdir: biri mənə atılan böhtanlarla bağlı məhkəmə işi, digəri isə uşaqlarına ödəmədiyi alimentlərlə bağlı məsələdir.

Bir məqamı da deyim. Bir dəfə sırf aliment ödəməmək üçün uşaqlarından imtina etmək istədi. Əlbəttə, bu, onun öz qərarıdır. Mən uşaqlarıma necə lazımdırsa, elə də baxıram. Allaha şükür. Heç vaxt övladlarımın məsuliyyətindən qaçmamışam, onların hər ehtiyacını qarşılamaq üçün əlimdən gələni etmişəm. Amma icra işçisi də bildirib ki, uşaqlardan imtina etmək istəsə belə, bu, əvvəlki aliment borclarını və qanunla nəzərdə tutulan öhdəliklərini avtomatik olaraq aradan qaldırmır.

Mən bunları kiməsə qalib gəldiyimi göstərmək, kimisə alçaltmaq üçün yazmıram. Sadəcə, illərdir yaşadığım haqsızlıqların, haqqımda deyilənlərin və bu gün baş verənlərin nə olduğunu bilməyinizi istəyirəm.

Mənim üçün əsas məsələ nə kiminsə həbs olunmasıdır, nə də kiməsə nəyisə sübut etmək. Mənim üç övladım var və mənim bütün mübarizəm onların yaxşı yaşaması, sağlamlığı, gələcəyi və rifahı üçündür. Övladlarımın müalicəsi, ehtiyacları üçün gecə-gündüz necə çalışdığımı Allah da bilir, ətrafımdakı insanlar da görür. Bəzən yoruluram, bəzən tükənirəm, amma yenə də ayağa qalxıb davam edirəm. Çünki mən anayam və uşaqlarım üçün güclü olmaq məcburiyyətindəyəm. Heç kim mənim nə yaşadığımı, hansı çətinliklərdən keçdiyimi tam bilə bilməz. Kənardan danışmaq asandır, amma bir ananın üç uşağın bütün məsuliyyətini daşımasının nə demək olduğunu yaşamaq lazımdır.

Mənim vicdanım rahatdır. Heç kimin haqqına girmək istəmirəm, sadəcə, öz haqqımı və övladlarımın haqqını tələb edirəm".

NE
Nihadə Eyyubova