Siyasət

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb.

Bu barədə Demokrat.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

"Prezident Şavkat Mirziyoyev Azərbaycana məhsuldar işgüzar səfərini başa çatdırıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar. Özbəkistan Prezidenti Daşkəndə yola düşüb", - məlumatda bildirilib.

NE
Nihadə Eyyubova