Dünya ticarətinin can damarı olan Hürmüz Boğazında baş verən dəhşətli qəza bölgədə şok yaradıb. Mayına çırpılaraq sulara qərq olan nəhəng konteyner gəmisindən geriyə qalanlar həm kütləvi təşvişə, həm də maraqlı görüntülərə səbəb olub.
Demokrat.az xəbər verir ki, minlərlə ton yük daşıyan ticarət gəmisinin batmasından sonra göyərtəsindəki minlərlə məhsul birbaşa dənizin ortasına saçılıb. Suların üzərinə yayılan minlərlə konteyner, eləcə də dalğaların sahilə və ətrafa sürüklədiyi bahalı texnoloji məhsullar və kosmetika vasitələri hadisənin böyüklüyünü gözlər önünə sərib.
Bölgədən yayılan kadrlarda dalğaların qoynunda səpələnən saysız-hesabsız yük paketləri və məhsullar açıq-aydın görünərkən, hadisə yerinə gələn bəzi yerli sakinlər və balıqçıların suya tökülən malları yığmağa çalışması diqqətdən yayınmayıb.
Səlahiyyətlilər su üzərində başıboş şəkildə sürüşən nəhəng konteynerlərin təhlükə yaratdığını vurğulayaraq, dənizçilərə və digər gəmilərə təcili xəbərdarlıq ediblər. Qəza ilə bağlı araşdırmalar davam edir.


