16–17 oktyabr tarixlərində Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək.
Demokrat.az xəbər verir ki, forumun keçirilməsində məqsəd Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ali təhsil və elm sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, ali təhsil müəssisələri arasında institusional tərəfdaşlığın genişləndirilməsi, akademik və elmi əlaqələrin möhkəmləndirilməsi, həmçinin birgə elmi tədqiqatların, innovasiya təşəbbüslərinin və təhsil layihələrinin həyata keçirilməsi üçün yeni imkanların yaradılmasıdır.
Tədbirdə Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə universitet–sənaye əməkdaşlığı, elmi tədqiqatların praktiki tətbiqi və beynəlxalq akademik tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.


