Şou-biznes

Ayselin keçmiş əri həbs edildi

Ayselin keçmiş əri həbs edildi

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment öhdəliklərini yerinə yetirmədiyinə görə inzibati qaydada həbs olunub.

Demokrat.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə bloqer sosial şəbəkə hesabında paylaşım edib.

Qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Aliment borcunun ödənilməməsi ilə bağlı aparılan məhkəmə icraatının nəticəsində Oqtay Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum edilib.

NE
Nihadə Eyyubova