Şou-biznes

Selin Dionun məşhur libası 1380 saata hazırlandı - FOTOLAR

Kanadalı müğənni Selin Dion bu həftəlik sonuncu konsertini fərqli obrazla tamamlayıb.

Demokrat.az xəbər verir ki, ifaçı səhnəyə 1997-ci ildə "Oskar" mükafatlandırma mərasimində geyindiyi məşhur libasdan ilhamlanaraq hazırlanan "Chanel" markalı geyimində çıxıb.

Təxminən 30 il sonra həmin obraz yenidən müasir formada təqdim olunub. "Chanel" moda evinin hazırki dizayneri Matthieu Blazy 1997-ci ilin yaz kolleksiyasına daxil olan orijinal libasın siluetini yenidən işləyib. Yeni dizayna ürək formalı dekolte və daha strukturlaşdırılmış forma əlavə edilib.

Geyimin üzərində ümumilikdə 6 min bəzək daşı və 5 min muncuqdan istifadə olunub. Onun hazırlanmasına 1380 saatdan çox vaxt sərf edilib.

Selin Dionun obrazını xüsusi hazırlanmış yüksək zərgərlik nümunəsi olan boyunbağı tamamlayıb. 1997-ci ildə geyindiyi zinət əşyasına istinadən hazırlanan yeni kometa formalı boyunbağı platin, 18 əyarlı ağ qızıl və ümumi çəkisi 67 əyardan çox olan 1080 brilyantla bəzədilib.

"Chanel"in məlumatına görə, boyunbağının dizaynı Gabrielle Chanelin 1932-ci ildə təqdim etdiyi yeganə yüksək zərgərlik kolleksiyası olan "Bijoux de Diamants"ın simvolik motivindən ilhamlanıb. (axşam.az)