Hadisə

Gənc əsgərin ölüm səbəbi bilindi - FOTO

Gənc əsgərin ölüm səbəbi bilindi - FOTO

Azərbaycanda gənc əsgər güllə yarasından ölüb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, Orxan Şabanov Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə güllə yarasından dünyasını dəyişib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Orxan Şabanov Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmət keçib və xidmətinin bir ilini başa vurub. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunu, həmin məktəbin müəllimi Aynur Şabanovanın oğlu olub.

Gənc əsgərin ölüm səbəbi bilindi - FOTO