"Çox idarəçi insanam. İşdə çox diqqət edirəm. Amma indi düşünürəm ki, bir işi etdin, çıxart, göstər. Mükəmməl etməyə çalışanda ildə bir mahnı bacarırsan. İşlərimi tezləşdirməyə başlamışam. Gec yatmağa başlamışam. 6-7 mahnım var, hazırdır. Zaman o qədər daralıb ki, gözləməyə ehtiyac yoxdur. Gülmək istəyirsənsə, gül, barışmaq istəyirsənsə, et. Bəzən sevdiyimiz insanların tədbirinə gedəndə eqolarını görürük. Etməyin".
Demokrat.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Lətifə "Sevilən səhər" proqramında deyib. İfaçı işlərindən və onlara ciddi yanaşmasından danışıb.
Aparıcı İsa Şükürovun onun biznesi haqda suallarını cavablandıran Lətifə etiraflar edib. O, restoranının nənəsindən miras qaldığını açıqlayıb. İfaçı fransız ab-havasında olan məkanın fəaliyyətindən danışaraq bildirib ki, bu işi sevərək görür:
"Ən yaxşısını etməyə çalışdım. Arzu edirəm ki, hamının gördüyü iş boşa çıxmasın. Bunun altında çox çətinliklər var. Sevə-sevə gördüyüm işdir. Doğulandan biznesi nənəmdə görmüşəm. Kişi kimi qadın olub, fərqli qadın idi. Onu özümə örnək görmüşəm. Azərbaycanda iki-üç qadın olub ki, restoran sahibi olsun. Mənim nənəm də onlardan biri olub. Çox köhnə vaxtlardan danışıram. O vaxt bütün ulduzlar ora gedirdi, indinin Xalq artistləri həmin məkana yığışırmış. İndi mən də həmin yerdə restoran açdım. Nənədən qalan mirasdır. Düşündük ki, bütün nəvələr onun qoyduğu bu mirası davam etdirək. Bu miras mənə nənəmdən qaldı. Bu iş çox pul tələb edir, rəqəm çox böyükdür. Əgər sən keyfiyyəti sevirsənsə, ən yaxşısını edəcəksən. Amma nəticədən baxıb zövq alıram".


