Ev alanların NƏZƏRİNƏ: Birləşik tikilən evlər təhlükə saçır

GÜNDƏM 14 avqust 2025, 15:10
"Bir-birinə çox yaxın tikilən ərazilərdə baş verə biləcək fövqəladə hallar, məsələn, yanğın, zəlzələ və ya digər təbii fəlakətlər zamanı insanların təxliyəsi ciddi problemlər yarada bilər”.

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O, bildirib ki, əsas çətinliklərdən biri də yanğın zamanı yanğınsöndürən maşınların əraziyə daxil ola bilməməsidir:

"Küçələrin dar olması və binaların sıx yerləşməsi ilkin müdaxilə imkanlarını məhdudlaşdırır, bu da yanğının daha geniş sahəyə yayılmasına, hətta meşə və ya iri ərazilərin yanmasına səbəb ola bilər".

Ekspertin fikrincə, bu cür problemlərin qarşısını almaq üçün şəhərsalma planlarında təhlükəsizlik məsələləri öncədən nəzərə alınmalı, fövqəladə hallara müdaxilə yolları mütləq təmin olunmalıdır.

Qeyd edək ki, bir müddət əvvəl Xırdalanda evlərin bir-birinə birləşik tikilməsi səbəbindən baş verən yanğın digər mənzillərə də zərər verib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top