YapiKredi Müraciət Forması
Sosial

Təhlükəli mallar bazardan yığışdırılacaq

Təhlükəli mallar bazardan yığışdırılacaq

Təhlükəli malların bazardan yığışdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Milli Məclisdə qəbul olunan yeniliyə əsasən vətəndaşların sağlamlığına təhlükə yaradan məhsullar dövriyyədən çıxarılacaq.

Müzakirələrə çıxarılan layihəyə görə standartlara cavab verməyən məhsulların məhv edilməsi və daşınması qaydaları yenidən tənzimlənəcək. Səlahiyyətli qurumlar tərəfindən həyata keçiriləcək bu tədbirlər riskli məhsulların satışının qarşısını alacaq.

İstehsal prosesində texniki tələblərə əməl olunmasına nəzarət isə akkreditasiya olunmuş qurumlar tərəfindən icra olunacaq. Sənəd parlamentdə üçüncü oxunuşda dəstəklənib.

Beləliklə, təhlükəli məhsulların bazardan yığışdırılması mexanizmi sərtləşdirilir.