“ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesində yeni mərhələ başladır” — ŞƏRH

GÜNDƏM 14 avqust 2025, 13:35
“ATƏT-in Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələrə başlaması bir neçə mühüm geosiyasi və diplomatik məna daşıyır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

O bildirib ki, bu, post-münaqişə dövrünün beynəlxalq səviyyədə təsdiqidir:

“2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan artıq faktiki olaraq Minsk qrupunun mandatını mənasız hesab edirdi. İndi isə bu mövqe beynəlxalq institut tərəfindən də qəbul edilir. Bu, Qarabağın Azərbaycan suverenliyi altında olduğu reallığını hüquqi-siyasi müstəvidə möhkəmləndirir.  Minsk qrupunun ləğvi ilə Qərb, Rusiya və digər oyunçular artıq vahid platformada deyil, ayrı-ayrılıqda vasitəçilik təklif edəcəklər. Bu isə diplomatik rəqabəti artıracaq, amma prosesin sürətlənməsi ehtimalını da yüksəldə bilər.  Minsk qrupunun ləğvi yeni diplomatik reallıqların rəsmi təsdiqi və sülh sazişinə aparan yolun sadələşməsi deməkdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top