Bakının Xəzər rayonunda ar-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Binə qəsəbəsində baş verib. Salyan rayon sakini, 1975-ci il təvəllüdlü Əfqan yaşadıqları evdə arvadı Faziləni (adlar şərtidir – red.) döyürək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 20 il bundan öncə zərərçəkmiş şəxs ilə ailə həyatı qurub, birgə nigahlarından övladları yoxdur: “Hazırda eyni ünvanda yaşayırıq. Yaşadığımız müddət ərzində dəfələrlə aramızda münaqişələr olub. arvadım şikayətindən iki gün öncə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin mobil telefonunda başqa şəxslərlə əlaqə saxlaması və görüşməsi olub. Mübahisə zamanı əsəbləşərək onu vurdum”.
İş üzrə zərərçəkmiş Fazilənin sözlərinə görə, əri ilə mübahisəyə səbəb onun spirtli içki aludəçisi olması, yersiz yerə mütamadi olaraq onu qısqanması olub: “Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı məni vuraraq bədən xəsarəti yetirdi”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin yaşadığı Binə qəsəbəsindəki evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Bundan başqa, Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Qeyd edək ki, Əfqan ötən ildə eyni əmələ görə, mühakimə olunub. Xəzər Rayon Məhkəməsinin həmin hökmündən məlum olur ki, hadisə 2024-cü ilin iyunun 30-da Xəzər rayonu, Binə qəsəbəsində baş verib. O, yaşadıqları evdə arvadı ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı arvadının bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarət yetirib.
Həmin dövrdə arvadının şikayətini geri götürməsi səbəbindən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilmişdi.
Fariz Məlikli
Demokrat.az