Rauf Zeyni: "Alyaska görüşü regionun gələcək sabitliyi üçün mühüm əhəmiyyət daşıyır"

GÜNDƏM 14 avqust 2025, 19:32
"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni sabah Alyaskada keçiriləcək ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin görüşünün həm Azərbaycan, Ermənistan, Gürcüstan, həm də bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.

QHT.az- a açıqlama verən Rauf Zeyni bildirib ki, görüş yalnız Cənubi Qafqaz ölkələrinə deyil, eyni zamanda Rusiya–Ukrayna müharibəsi, qlobal siyasət və beynəlxalq münasibətlər kontekstində də mühüm əhəmiyyət kəsb edir:

"Bu görüş müharibələrin dayandırılması, gələcək təhlükələrin qarşısının alınması, regional və qlobal sülhün təmin edilməsi baxımından çox vacibdir. Ona görə də bütün dünyanın diqqət mərkəzindədir."

QHT sədri həmçinin qeyd edib ki, avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış Memorandumun sülh prosesinə təsiri də bu görüşün nəticələrindən asılı ola bilər:

"Əgər görüş nəzərdə tutulduğu kimi müsbət nəticələrlə yekunlaşarsa, regionda stabilliyin qorunması, təhlükəsizlik, iqtisadi inkişaf, əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq üçün yeni imkanlar yaranacaq."
Rauf Zeyni sonda bütün diqqətin görüşdən sonra əldə olunacaq nəticələrə yönəldiyini vurğulayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 avqust 2025, 20:57
Top