"Zəngəzur dəhlizinin açılması ilə bağlı Vaşinqton görüşündə əldə olunan razılıq Azərbaycan diplomatiyasının mühüm uğurlarından biridir".
Bunu Demokrat.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O, bildirib ki, Azərbaycan bu məsələni sülh danışıqları prosesində dəfələrlə gündəmə gətirsə də, uzun müddət nəticə əldə olunmayıb:
"Çünki 10 noyabr bəyanatında yer alan bu öhdəliyi Ermənistan yerinə yetirməkdən boyun qaçırırdı.Bunun əvəzində ABŞ və Fransanın təşəbbüsü ilə müxtəlif alternativ “sülh kəsişməsi” layihələri irəli sürülür, bu da prosesin yubadılmasına xidmət edirdi. Eyni zamanda, İran məsələdə fəal rol oynayaraq Rusiyaya təzyiq göstərirdi ki, Moskva 10 noyabr bəyanatında nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması istiqamətində addım atmasın. Nəticədə Rusiya gözləmə mövqeyini seçdi və Ermənistana heç bir təzyiq göstərmədi".
Politoloqun sözlərinə görə, Azərbaycan bəyan edib ki, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması üçün alternativ yolları nəzərdən keçirəcək:
"Nəticə etibarilə Vaşinqtonda əldə olunan razılaşma Azərbaycanın həm tarixi, həm də strateji qələbəsi oldu. Bu razılaşma Naxçıvana gedən yolun açılmasını təmin etməklə yanaşı, Azərbaycanın İrandan asılılığını da minimuma endirəcək".
Ekspert bildirib ki, Zəngəzur dəhlizi həmçinin bölgədə iqtisadi inkişafı stimullaşdıracaq:
"Çin və Orta Asiya ilə Avropa ölkələri arasında nəqliyyat bağlantısında Azərbaycanın tranzit rolunu gücləndirəcək və ölkəmizin logistika mərkəzinə çevrilməsinə şərait yaradacaq. Bu da Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artıracaq.Bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqtonda əldə olunan razılaşma təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm tarixi əhəmiyyət kəsb edir".
Əfsanə Kamal
Demokrat.az