"2024-cü ildə Nikol Paşinyan İşçi qrupunun yaradılmasını dilə gətirmişdi ki, Konstitusiyada ərazi iddialarının olub-olmaması və hansı elementlər üzrə dəyişikliklər ediləcəyi ilə bağlı müəyyən araşdırmalar aparılsın. Bu ilin əvvəlində Ermənistan Ədliyyə nazirinin də bu istiqamətdə açıqlaması olmuşdu. Bu, onu göstərir ki, Ermənistan cəmiyyətində konstitusiya dəyişikliyi ilə bağlı müəyyən fikir mövcud idi. İndi bu, rəsmi olaraq dilə gətirildi".
Bunu Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib. O bildirib ki, bu, sülh müqaviləsinin imzalanması üçün ciddi maneədir və Ermənistan bunu yaxşı başa düşür. Real görünən odur ki, konstitusiyada dəyişikliklər olunacaq:
"Paşinyan bir neçə dəfə çıxışında Konstitusiyanın artıq günün tələblərinə cavab vermədiyini, bir çox müddəalarının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib. Bütün bunlar göstərir ki, dəyişiklik mütləq olacaq.
Sadəcə, Ermənistanın müəyyən siyasi dairələrində müzakirə edilən məsələ bunun nə zaman baş verəcəyi və hansı elementlər üzrə dəyişikliyin olacağı ilə bağlıdır".
Deputat qeyd edib ki, konstitusiyada dəyişiklik bir neçə ssenari ilə ola bilər:

"Birinci variant odur ki, parlament seçkilərinə qədər İşçi qrupu öz rəyini verir, seçkilərdən sonra referendum keçirilir.
İkinci variant odur ki, parlament seçkiləri növbədənkənar təşkil olunur və belə olan təqdirdə bu ilin sonuna qədər seçkilər baş tutarsa, ilin əvvəlində referendum keçirilə bilər. Üçüncü variant isə odur ki, seçkilər və referendum paralel olaraq keçirilir".
Qeyd edək ki, Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək. "Hraparak" qəzeti bu barədə məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Cavidan Mirzəzadə
Demokrat.az