Xalq artisti Tünzalə Ağayeva etirafı ilə diqqət çəkib.
Müğənni "Afaqla 10lar" verilişində qızı Fidanla bağlı danışıb:
"İçimdə qalıb, uşaqlıqda Fidanın yanında istədiyi qədər ola bilməmişəm. Eyni zamanda, Fidanı 11 ildir öz yanımdan göndərmişəm İstanbula. Bəlkə də bir az amansız ana oldum, amma zaman gələcək deyəcək ki, ana, nə yaxşı məni bura göndərmisən. Dəfələrlə deyib də". (Milli.az)



