YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Mayk Tayson Türkiyə serialında rol aldı – VİDEO

Mayk Tayson Türkiyə serialında rol aldı – VİDEO

Dünya şöhrətli amerikalı boksçu Mayk Tayson Türkiyədə yayımlanan seriallardan birində kamera qarşısına keçib.

Demokrat.az xəbər verir ki, əfsanəvi idmançının rol aldığı səhnələr "Tuzlu kahve" serialının gələn həftə tamaşaçılara təqdim olunacaq 13-cü bölümünün anonsunda yer alıb.

Serialın yeni bölümündə Tayson Mehmet obrazını canlandıran aktyor Buğra Gülsoyun Amerikadan gələn dostu kimi təqdim olunur. O, Aydınoğulları ailəsinin səhər yeməyinə dəvət edilən qonaq obrazında görünəcək.

Boksçunun layihədə iştirakı serialın yayımlanan yeni treylerine marağı artırıb. Ekran işi qeyri-adi süjet gedişləri və əvvəlki seriallara göndərmələri ilə də diqqət çəkir.

Xatırladaq ki, "Tuzlu kahve" serialında Nebahat Çehre, Binnur Kaya, Settar Tanrıöğen, Hatice Aslan, Şevval Sam, Eda Ece, Enis Arıkan, Yasemin Ergene və digər tanınmış aktyorlar rol alırlar.