YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Manuel Noyer övladının doğumundan bir neçə gün sonra ailəsini tərk edib

Manuel Noyer övladının doğumundan bir neçə gün sonra ailəsini tərk edib

"Bavariya" klubunun qapıçısı Manuel Noyerin şəxsi həyatı ilə bağlı qalmaqallı məlumat yayılıb.

Demokrat.az xəbər verir ki, Almaniyanın "Bild" nəşrinin məlumatına görə, 40 yaşlı futbolçu həyat yoldaşı Anika Bisselə xəyanət edərək ikinci övladlarının dünyaya gəlməsindən cəmi bir neçə gün sonra ondan ayrılmaq qərarına gəlib.

Məlumata əsasən, Noyer həyat yoldaşına münasibətlərini bitirmək istədiyini açıqlayıb. Daha sonra onun 23 yaşlı fizioterapevtlə münasibət qurduğu iddia olunub. Qapıçının həmin qadınla birlikdə istirahət etmək üçün İtaliyaya getdiyi bildirilir.

Nəşrin yazdığına görə, noyabr ayında zədə alan Noyerə klub tərəfindən dincəlmək üçün icazə verilib. Futbolçu bu müddətdə yeni sevgilisi olduğu deyilən qadınla Braziliyaya səfər edib.

Qeyd edək ki, Manuel Noyer dünya çempionatlarının tarixində ən çox oyun keçirən qapıçıdır. O, mundiallarda ümumilikdə 23 matçda iştirak edib.