Türkiyə Super Liqasının ən çox gözlənilən qarşılaşmalarından biri olan "Beşiktaş" – "Qalatasaray" derbisinin hakimi açıqlanıb.
Demokrat.az xəbər verir ki, noyabrın 30-da keçiriləcək matçı Oğuzhan Çakır idarə edəcək.
Super Liqanın 13-cü turu çərçivəsində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Görüş "Beşiktaş"ın ev sahibliyi ilə Tüpraş stadionunda keçiriləcək.



