YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Çempionlar Liqasında hakim qalmaqalı – Sərxoş olduğu...

Çempionlar Liqasında hakim qalmaqalı – Sərxoş olduğu...

Asiya Çempionlar Liqasında keçirilən qarşılaşmada hakimlə bağlı qalmaqal yaşanıb. Onun sərxoş olduğu iddiası irəli sürüldükdən sonra oyunun ikinci hissəsini başqa hakim idarə edib.

Demokrat.az xəbər verir ki, "Əl-Cəzirə" ilə İranın "Gol Gohar" komandaları arasında keçirilən matçın 32-ci dəqiqəsində suriyalı hakim Hanna Hattab "Əl-Cəzirə"nin qapıçısı Ersin Destanoğluna sarı vərəqə göstərib.

Lakin dörd dəqiqə sonra hakim bu qərarını ləğv edib. Bu hadisə meydanda narazılığı daha da artırıb.

Bundan sonra "Gol Gohar"ın baş məşqçisi Mehdi Rəhməti hakimin sərxoş olduğunu iddia edərək komandasının ikinci hissəyə çıxmayacağını bildirib.

Yaranmış gərginlikdən sonra Asiya Futbol Konfederasiyası hakim dəyişikliyi edib. Beləliklə, qarşılaşmanın ikinci hissəsini dördüncü hakim idarə edib.

Görüş "Əl-Cəzirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın yeganə qolunu Anderson Talisca vurub.

Qeyd edək ki, hakimin sərxoş olması ilə bağlı iddia rəsmi şəkildə təsdiqlənməyib.