Dünya musiqisi daha bir ağır itki yaşayıb. Məşhur "Duran Duran" qrupunun gitaraçısı Endi Teylor (Andy Taylor) 65 yaşında vəfat edib.
Demokrat.az xəbər verir ki, musiqiçinin ölümünü ailəsi və qrup yoldaşları açıqlayıb. Teylor noyabrın 23-də prostat xərçəngindən dünyasını dəyişib. O, uzun müddət bu xəstəliklə mübarizə aparıb.
Musiqiçi 2018-ci ildə xərçəng diaqnozu alıb. 2022-ci ildə isə xəstəliyinin dördüncü mərhələdə olduğunu ictimaiyyətə açıqlayıb.
Endi Teylor "Duran Duran"ın dünya şöhrəti qazanmasında mühüm rol oynayıb. Onun gitara ifası "Rio", "Hungry Like the Wolf" və "Save a Prayer" kimi hitlərdə eşidilib.
Teylor 1980-ci ildə qrupa qoşulub. 1986-cı ildə kollektivdən ayrılsa da, 2000-ci illərin əvvəllərində yenidən geri qayıdıb. 2006-cı ildə isə qrupu ikinci dəfə tərk edib.
Onun vəfatı musiqi dünyasında və pərəstişkarları arasında böyük kədər yaradıb.



