YapiKredi Müraciət Forması
Mazda CX-5
Region Özəl

Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək

Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti qarşıdakı illərdə Ermənistan ərazisində fəaliyyətini tamamilə dayandıracaq.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

"Bu müddət ərzində Ermənistanın sərhədlərində dayandıqlarına görə Rusiya sərhədçilərinə minnətdarıq. Amma hesab edirəm ki, qarşıdan gələn illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı gəlib çatıb", - N.Paşinyan bildirib.