YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

Ermənistanda hökumət binasına hücum - VİDEO

Ermənistanda hökumət binasına hücum - VİDEO

2010-cu ildə həlak olan erməni hərbçilərinin yaxınları Ermənistan hökumət binasına girməyə cəhd göstəriblər, lakin dövlət təhlükəsizlik xidmətinin əməkdaşları onların qarşısını alıblar.

Bu barədə Oxu.Az "Sputnik Ermənistan" "Telegram" kanalına istinadən məlumat verir.

Məlumata görə, Artur Kazaryan və Valeri Muradyanın valideynləri övladlarının qətlə yetirildiyinə əmin olduqları üçün istintaqın yenidən açılmasını tələb edirlər. Rəsmi versiyaya əsasən, Artur Kazaryan silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından həyatını itirib. Qohumları onun öldürüldüyü qənaətindədirlər.

Valeri Muradyana gəldikdə isə, ölümlə bağlı rəsmi versiya kimi intihar göstərilir. Valerinin anası əmindir ki, o, əsgər yoldaşları tərəfindən dizel yanacağının oğurlanmasının şahidi olub və bundan sonra boğularaq öldürülüb, qətl isə intihar kimi qələmə verilib.