Daha bir ana ölümü: Qeysəriyyədən sonra nə üçün ağırlaşma baş verir?

GÜNDƏM 14 avqust 2025, 18:00
"Əməliyyatdan öncəki analizlərdə problem olmaması əməliyyat zamanı hansısa problemin çıxmayacağı mənasına gəlmir. Ana ölümlərinin səbəbi əksər hallarda qanaxma, infeksiya, tromboz (qan laxtalanması) olur. Qanaxma hər əməliyyatdan sonra baş verə biləcək ağırlaşmadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. 

O bildirib ki, tromboemboliya ehtimalı qeysəriyyə əməliyyatından sonra artır:

"Bu, bütün dünyada belədir və qarşısı ən çətin alınan ağırlaşmadır. Dünyanın başqa ölkələrində də ana ölümlərinin birinci səbəbidir. Hər ölümdə mütləq günahkar axtarmaq olmaz. Bu hal hər yerdə baş verə bilir. Laxtalanma analizləri bunun göstəricisi deyil. Hər şey normal olsa belə, pasiyent qeysəriyyədən sonra tromboemboliya ola bilər".

Qeyd edək ki, Qusarda ana qeysəriyyə əməliyyatından 2 gün sonra həyatını itirib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top