Dünyada ət bahalaşdı: Azərbaycana necə təsir edəcək?

GÜNDƏM 14 avqust 2025, 18:03
"Ətin qiymətinin artması uzun müddətdir ki, davam edən prosesdir. Biz Qazaxıstan və Qırğızıstandan deyil, Rusiya və Gürcüstandan diri mal-qara alırıq. Ordaki qiymətlərin də Azərbaycana təsiri olur. Azərbaycanın bu məsələdə böyük potensialı var".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. 

O bildirib ki, Azərbaycan nəinki özünü təmin etmək, hətta ət ixracatçısı kimi böyük dividentlər və vəsait qazana bilər:

"Təəssüf ki, biz bu fürsətlərdən istifadə edə bilmirik. Maldarlığın inkişafı üçün xüsusi proqram hazırlanmalıdır. İşğaldan azad olunan torpaqlarımız heyvandarlıq üçün çox əlverişlidir. Dünyada baş verən tendensiyaları (bahalaşmanı) izləyərək, Azərbaycan bunu fürsətə çevirə bilər. Özümüzü və ətraf ölkələri ət məhsulları ilə təmin edərək böyük qazanc əldə etmək mümkündür".

Qeyd edək ki, bir neçə ölkə diri mal-qara ixracına qadağa qoyub. Ekspertlər bunun Azərbaycandakı ət qiymətlərinə təsir edəcəyi ilə bağlı fikirlər səsləndiriblər.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top