Azərbaycanda quş elektrikli Çin avtomobilində yuva qurdu — VİDEO

SOSİAL 14 avqust 2025, 17:37

Bir çox sürücülər Çin istehsalı avtomobillərə qarşı hələ də tərəddüdlə yanaşır, onların keyfiyyəti və davamlılığı barədə müxtəlif fikirlər səsləndirirlər. Lakin bu dəfə yaşanan hadisə bütün mübahisələrə fərqli bir rəng qatıb.

Demokrat.az xəbər verir ki, avtomobil ustasının sosial şəbəkələrdə paylaşdığı videoda Geely plug-in hibrid modelində maraqlı mənzərə qeydə alınıb. Avtomobilin günəşlik (zaşitnik) hissəsində quş rahat şəkildə yuva salıb. Görünür, mühərrikin o qədər sakit işləməsi quşun da diqqətindən yayınmayıb.

Usta bildirib ki, maşın o qədər səssizdir ki, quşlar belə işə salındığını hiss etmir.

Video sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər Çin avtomobillərinin uğurlu və rahat olduğunu vurğulasa da, digərləri “Yəqin uzun müddətdir işləmir deyə quş yuva salıb” kimi şərhlər yazıblar. (Avtosfer.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top