Azərbaycanda ət qıtlığı gözlənilir? — AÇIQLAMA

GÜNDƏM 14 avqust 2025, 18:46
"Azərbaycanda son illərdə iribuynuzlu və xırdabuynuzlu mal-qara sayında azalma var. Təbii ki, nəticədə ölkədə ət istehsalında azalmalar müşahidə olunur".

Bunu Demokrat.az-a açıqlamasında "REAL" partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu, böyük çağırış və problemdir:



"Bunu həll etmək lazımdır. İdxaldan asılılığımız artır, Gürcüstan və Rusiyadan daha çox ət idxal edirik. Azərbaycanın bu sahədə böyük potensialı var. Nəinki özümüzü, ətraf ölkələri də ətlə təmin edə bilərik. Sadəcə heyvandarlıqla bağlı normal, işlək proqram olmalıdır".

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda ət qıtlığının yaşana biləcəyi ilə bağlı məlumatlar müzakirəyə çıxıb.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top