“Daşınmaz əmlak növlərinin hər birində qiymət artımını müşahidə edirik. Bu artım nəinki illik, artıq aylıq olaraq da özünü büruzə verir. Hər ay təqribən 1–2 faiz artım olur. Bu artım kirayə qiymətlərinə də təsir göstərir. Eləcə də kirayə obyektlərinin az olması, tələbatın isə çox olması birbaşa satış qiymətlərinə əks təsir edir. Yəni bu amillərin hamısı qiymət artımını stimullaşdırır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib. O bildirib ki, bu il 50 mindən çox şəxs tələbə adını qazanıb və bunların da əksəriyyəti Bakıya üz tutacaq:

“Hazırda ümumi yataqxanalar, tələbə şəhərcikləri olmadığı üçün məhz kirayə evlərə müraciət edirlər. Bazarda çox tələbat var, avqust ayında qiymətlərin artımını artıq hiss edirik. Evlərin azlığı və qiymət artımı tələbələri məcbur edir ki, bir neçə nəfər birləşərək bir evdə yaşasınlar. Çünki hər tələbənin ayrıca ev tutma imkanı məhduddur. Bu da kirayə ev verənlər üçün diskamfort yaradır. Çünki adətən kirayə qalanların çoxluğu həmin evin daha çox istifadəsinə, daha tez aşınmasına və digər problemlərə səbəb olur”.
Ekspert qeyd edib ki, kirayə evlərin qiymətində ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 10–12 faiz artım var:
“Əvvəllər 450–500 manata köhnə tikililərdə 1 otaqlı ev tapmaq mümkün idisə, indi 550–570 manatdır. Təzə tikililərdə isə 600–650, hətta 700 manata təkliflər olunur.
Hazırda tələbələrin çıxış yolu birləşib ev tutmaqdır. Digər variant isə tələbə şəhərciklərinin, yataqxanaların tikilməsi üçün dövlət proqramlarının işə salınması, həmçinin təhsil müəssisələrinin şəhərin kənarına çıxarılmasıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az