Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan avtomobil alaraq Azərbaycana gətirmək istəyənlər əlavə olaraq 450 lari (təxminən 295 manat) ödəməli olacaqlar.
Demokrat.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Gəlirlər Xidmətinin müəyyən etdiyi yeni rüsum noyabrın 16-dan qüvvəyə minib.
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, bu qərar Azərbaycan avtomobil bazarına ciddi təsir göstərməyəcək. İnternetdən sifariş
Onun sözlərinə görə, artıq uzun müddətdir ki, Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracında azalma müşahidə olunur.



