YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

"Apple" istifadəçiləri qlobal nasazlıqla üzləşib

Apple istifadəçiləri qlobal nasazlıqla üzləşib

Dünyanın müxtəlif ölkələrində "Apple" şirkətinə məxsus xidmət və tətbiqlərin fəaliyyətində problemlər qeydə alınıb.

Demokrat.az xəbər verir ki,"Downdetector" portalında nasazlıqlarla bağlı şikayətlər saat 21:00-dan sonra artmağa başlayıb.

İstifadəçilərin bildirdiyinə görə, bəzi "iPhone" modellərində tətbiqləri yükləmək mümkün olmayıb. Yükləmə zamanı serverlə əlaqənin qurulmadığı barədə xəbərdarlıq ekrana çıxıb.

Bununla yanaşı, yeni cihazların aktivləşdirilməsi və şəxsi hesablara daxil olmaq istəyənlər də çətinliklə qarşılaşıblar.

Problemlər yalnız tətbiqlərlə məhdudlaşmayıb. Bir sıra istifadəçilər "Apple Pay" və "iCloud" xidmətlərində də nasazlıqların yarandığını bildiriblər. Şikayətlərin müxtəlif ölkələrdən daxil olduğu qeyd olunur.

NE
Nihadə Eyyubova