"Nvidia" şirkətinin qurucusu Censen Huanq qalmaqallı istefasından sonra yenidən baş direktor postuna qayıtmağa hazır olduğunu bildirib.
Demokrat.az xəbər verir ki, Huanq bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, şirkətin Müşahidə Şurası qarşısında müəyyən problemlərə səbəb olduğunu etiraf edərək, baş verənlərə görə məsuliyyəti üzərinə götürdüyünü və təəssüf hissi keçirdiyini vurğulayıb.
Huanqın sözlərinə görə, son günlər şirkətin əməkdaşlarından, investorlarından və digər şəxslərdən onun yenidən rəhbər vəzifəyə qayıtmasını istəyən çoxsaylı müraciətlər daxil olub.
O qeyd edib ki, Direktorlar Şurası bu qərarın səhmdarların, əməkdaşların, şirkətin və ABŞ-ın maraqlarına uyğun olduğunu hesab edərsə, baş direktor vəzifəsinə qayıtmağı böyük şərəf sayacaq.
Məlumatda bildirilir ki, Huanqın istefasına səbəb onun şəxsi həyatı ilə bağlı yaranan qalmaqal olub. Belə ki, onun nikahdankənar münasibətləri, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibəti barədə iddialar gündəmə gəlib.
Hazırda "Nvidia"nın Direktorlar Şurası məsələ ilə bağlı araşdırma aparır. BBC-nin məlumatına əsasən, şirkət rəhbərliyi Huanqın yenidən vəzifəyə qaytarılmasını müzakirə etmir.
Bundan əlavə, onun yaxın həftələrdə ABŞ Konqresinin bir neçə komitəsi qarşısında ifadə verməsi gözlənilir.
Qeyd edək ki, şirkətə hazırda müvəqqəti olaraq Kоlеt Kress rəhbərlik edir.



