YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Eldar İsmayılov təqaüdə göndərilir

Eldar İsmayılov təqaüdə göndərilir

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir.

Hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.

Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.

Qeyd edək ki, Eldar İsmayılov 1993-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. O, eyni zamanda, 2010-cu ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib.

O, fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.

Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi - Novruz Kərimov, Cavid Hüseynov və Rasim Sadıxov yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.(oxu.az)

NE
Nihadə Eyyubova