"Fənərbağça" "Real Madrid"ə oyunçu mübadiləsi təklif etdi — Nə cavab aldı?

İDMAN 17 avqust 2025, 15:00
"Fənərbağça" heyətini "Real Madrid"in qapıçısı Andrey Luninlə gücləndirmək cəhdindən əl çəkmir.

Demokrat.az “Fanatik”ə istinadən xəbər verir ki, istanbullular növbəti dəfə ukraynalını şirnikləndirməyə çalışıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu Luninin qarşılığında Madrid nəhənginə 30 yaşlı xorvatiyalı qapıçısı Dominik Livakoviçi təklif edib. Lakin "Real" bu təklifi rədd edib. Hazırda Türkiyə klubu ukraynalının transferi üçün alternativ variantlar üzərində işləri davam etdirir.

Andrey Lunin 2024/25 mövsümündə "Real Madrid"in heyətində 14 oyun keçirib, onlardan 6-nı qol buraxmadan başa vurub, ümumilikdə qapısında 19 qol görüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 18:14
17 avqust 2025, 17:20
17 avqust 2025, 17:09
Top