Bu gün Misli Premyer Liqasında I turun daha iki görüşü keçiriləcək.
Demokrat.az xəbər verir ki, ikinci oyun günündə "İmişli" "Turan Tovuz"u, "Neftçi" isə "Şamaxı"nı qəbul edəcək.
Xatırladaq ki, turun ilk matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Kəpəz"lə avqust ayının 17-də, "Zirə" ilə "Araz-Naxçvan" isə avqust ayının 19-da üz-üzə gələcək.
Avqustun 17-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.
16 avqust
Misli Premyer Liqası
I tur
Saat 17:00, "İmişli" - "Turan Tovuz";
Saat 20:00, "Neftçi" - "Şamaxı".