“Qafqazinfo”nun 15 yaşı tamam olub

MEDİA 16 avqust 2025, 09:33
Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur.

Demokrat.az-ın məlumatına görə, 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.

Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir. 

“Qafqazinfo” sosial şəbəkələrdə də aktivdir. Artıq iki ildir ki, instaqram, feysbuk və teleqram hesabları işləyir.

Demokrat.az həmkarları təbrik edir!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 avqust 2025, 19:48
16 avqust 2025, 17:40
Top