“Ukrayananın sərhədləri zorla dəyişdirilə bilməz” — Avropa liderlərinin Alyaska görüşü ilə bağlı bəyanatı

DÜNYA 16 avqust 2025, 19:04

Avropa İttifaqı və Böyük Britaniya liderləri Kiyevə silah tədarükünə hər hansı məhdudiyyət qoyulmasını və ya Ukraynanın Aİ və NATO-ya inteqrasiyasından imtinanı istisna edir.

AzPost bildirir ki, bu barədə Avropa ölkələrinin liderləri ilə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında danışıqların yekunları üzrə təqdim olunan birgə bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Avropa ölkələri Donald Trampın münaqişəyə son qoymaq səylərini alqışlayır.

Bununla belə, Avropa liderləri hesab edirlər ki, “Ukrayna öz təhlükəsizliyinə dair polad zəmanətlər almalıdır”. Aİ Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirmək niyyətindədir.

“Biz ədalətli və davamlı sülh əldə olunana qədər sanksiyaları gücləndirməyə davam edəcəyik”, mətndə deyilir.

Həmçinin vurğulanır ki, Ukrayna öz əraziləri barədə özü  qərarlar qəbul etməlidir və beynəlxalq səviyyədə tanınmış sərhədlər zorla dəyişdirilməməlidir.

Aİ və Böyük Britaniya, dolayısı ilə Donald Tramp və Vladimir Putin arasında Alyaska danışıqlarında əldə edilən əsas anlaşmanı üzə çıxarır: onların qəbuledilməz hesab etdikləri şey əvvəlcədən razılaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 avqust 2025, 19:48
Top