60 yaşdan yuxarı şəxslərin bunu etməsi məcburi olacaq — AÇIQLAMA

SOSİAL 01 oktyabr 2025, 18:31
"Azərbaycanda 60 yaşdan yuxarı sürücülük hüququ olan şəxslər hər il tibbi müayinədən keçirilir və yalnız sağlamlıq tələblərinə cavab verənlərə sürücülük vəsiqəsi yenilənir. Bu qayda yaşlı sürücülərin sağlamlıq vəziyyətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədi daşıyır". 

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, belə mexanizmlər bizdə artıq mövcuddur və hər bir ölkə bu məsələdə öz qanunvericiliyinə əsaslanır:

"Ona görə də vacib deyil ki, Azərbaycanda qəbul edilən qərarlar Rusiyanın və ya başqa ölkələrin qanunlarına uyğunlaşdırılsın, hər dövlət öz reallığına uyğun davranır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2025, 19:13
Top