Yağış yağır, külək əsir — Faktiki hava

SOSİAL 01 oktyabr 2025, 19:21
Azərbaycanda oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Xızı, Quba, Qusar, Şabran, Yevlax, Lerikdə arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboyda 19, Culfa, Naftalanda 18, Şirvanda 15 m/s-yə çatır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2025, 19:13
Top