Pensiyalar bu qədər artacaq, maaşlar isə... — AÇIQLAMA

SOSİAL 01 oktyabr 2025, 19:44
“Qanunvericiliklə müəyyən edilib ki, ölkədə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq növbəti il pensiyaların artırılması prosesi baş verir. Hazırda orta aylıq əmək haqqının artımı 7 aylıq statistikaya görə 9,5 faizdir. Əgər bu temp saxlanılsa, gələn il pensiyalar bu qədər artacaq. Amma bu rəqəm fevralın əvvəlində dəqiq bilinəcək. Pensiya kapitalı isə ölkədə inflyasiyanın səviyyəsinə uyğun olaraq indeksasiya edilir. Hazırda 8 aylıq inflyasiya 4,8 faizdir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. 



Onun sözlərinə görə, büdcəyə baxanda görürük ki, sosial xərclərdə, əməkhaqqı xərclərində əhəmiyyətli artım nəzərdə tutulmayıb, bu da dövlət büdcəsində maaşların artırılması üçün ciddi rezervlərin olmadığını göstərir:

“Özəl sektorda isə əməkhaqqının artımı bazardakı vəziyyətlə əlaqədardır. Elə sektor var ki, maaşları çətinliklə verir, elə sektor var artım edə bilər. Gəlir vergisinin artması həm də özəl sektora ziyandır. 7 il əvvəl əməkhaqqı vergisinə güzəşt ediləndə 14 faizin 7 faizi sahibkara, 7 faizi işçiyə verilmişdi. İndi bu güzəşt ləğv olunanda sahibkarın xərci 7 faiz artacaq, işçinin maaşı isə 7 faiz azalacaq. Bu güzəştin ləğv olunub-olunmayacağını isə dəqiq bilmirik”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2025, 19:13
Top