Putinlə yenidən yaxınlaşmaq Paşinyan üçün son deməkdir — AÇIQLAMA

SİYASƏT 01 oktyabr 2025, 20:05
“Düşünmürəm Paşinyan Putinə o qədər arxayın ola bilər ki, onun ritorikası ilə danışa və Rusiyanın təlimatı ilə hərəkət edə. Paşinyan başa düşür ki, Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşmaq onun üçün hakimiyyətin sonudur. Rusiyanın adamını Paşinyan devirib hakimiyyətdən. Belə olan halda Rusiyanın Paşinyana nəyisə güzəştə gedəcəyi inandırıcı deyil".

Bunu Demokrat.az-a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov deyib. 

O bildirib ki, Qərb Paşinyanın yenidən Rusiya ilə yaxınlaşmasına imkan verməz:

“Paşinyanın əsas dayağının Qərb ölkələri, Aİ olduğunu halda onun bu riskə gedəcəyini düşünmək məncə sadəlövhlük olar.
Paşinyanın Vaşinqtonda imza atdığı öhdəliklərdən yayınacağını düşünmürəm, yayınsa, bu onun üçün böyük bir təhdid yarada bilər. 

Azərbaycanla münasibətlər kəskinləşsə, Rusiya nəinki Paşinyana kömək etməz, əksinə, onun hakimiyyətdən getməsi üçün bütün propaqandanı işə sala bilər".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2025, 19:13
Top