“Qızıl qiymətlərində rekord artımın səbəbi var. Bu dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və geosiyasi risklərdir. ABŞ və Avropada faiz dərəcələrinin yüksək qalmasına baxmayaraq, inflyasiya təzyiqləri davam edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Anar Quliyev deyib.
Ekspert qeyd edib ki, bu da insanların pulunu qorumaq üçün qızıla sərmayə yatırmasına səbəb olur:
“Qlobal valyuta bazarında dolların zəifləməsi də qızılı investorlar üçün daha cəlbedici edib. Əhali üçün maraqlı tərəfi budur ki, qızıl həm ənənəvi olaraq sərmayə, həm də qənaət vasitəsidir. Son aylarda insanlar daşınmaz əmlak və digər aktivlərdə risk görərkən daha çox qızıla üz tutublar. Azərbaycanda da toy mövsümü, zərgərlik tələbi və investisiya məqsədləri bu bahalaşmanı daha da hiss etdirir.
Qızıl bahalaşsa da, onu alan insanlar gələcəkdə dəyərinin düşməsindən çox, qalxacağına ümid edirlər. Nəzərə almaq lazımdır ki, hər sürətli artımdan sonra müəyyən düşüşlər baş verə bilər. Yəni qızılın qiyməti birdən-birə kəskin düşməsə də, müəyyən enişlər mümkündür.
Uzunmüddətli perspektivdə isə qızılın bahalaşması davam edə bilər, çünki dünya iqtisadiyyatında qeyri-sabitlik hələ də qalmaqdadır. Əhali üçün ən doğru yanaşma qızıla sərmayəni hissə-hissə və uzunmüddətli planla etməkdir. Beləcə, həm risk azalar, həm də qiymət dalğalanmalarından qorunmaq mümkün olar”.
Leyla Turan
Demokrat.az